Bu ilin ən çox maraq doğuraraq müzakirə olunan mövzuları “Game of Trones” (“taxt-taclar oyunu”) serialı, “Paris Notr-Dam” kilsəsində yanğın və ABŞ prezidenti Donald Tramp olub.

Bu “Twitter” sosial şəbəkəsinin tərtib edərək paylaşdığı ilin ən çox müzakirə edilən mövzuları reytinqində əksini tapıb.

İlin ən çox müzakirə olunan xəbərləri arasında tarixi “Paris Notr-Dam” kilsəsində 15 aprel tarixində baş verən və qülləsinin uçmasına səbəb olan yanğın, Yaponiyada 1 may tarixində yeni imperator Naruhitonun taxt-taca əyləşməsilə Heisei dövrünün başa çataraq Reiva dövrünün başlaması, Venesuelada yanvar ayında başlanan kütləvi etiraz nümayişləri nəticəsində müxalifət lideri Xuan Quaidonun özünü müvəqqəti dövlət başçısı elan etməsi ilk üç yerdədir.

Onluqda həmçinin “Brexit”, Yaponiyanı vuran “Hagibis” tropik qasırğası, Amazon hövzəsindəki meşə yanğınları, Honkonqdakı etirazlar, iqlim dəyişikliyilə bağlı nümayişlər, Yeni Zelandiyanın Kristçörç şəhərinin məscidində terror, ABŞ-da Demokrat Partiyasının seçkiöncəsi müzakirələri daxildir.

Oxumağa dəyər:   BMT-dən təhlükəli İdlib çağırışı

İlin ən çox müzakirə olunan şəxsləri ABŞ prezidenti Donald Tramp, sələfi Barak Obama, Hindistanın baş naziri Narendra Modi, daha sonra ABŞ-ın gənc senatoru Aleksandra Okasio Kortez, Braziliya prezidenti Jair Bolsonaro, ABŞ prezidentliyinə namizədlər – Berni Sanders və Co Baiden, keçmiş namizəd Hillari Klinton, Fransa prezidenti Emanuel Makron, Rusiya prezidenti Vladimir Putin olub.

Ən çox müzakirə olunan seriallar “Game of Trones”, “Stranger Things” və “Simpsons” cizgi seriallarıdır.