Azərbaycan paraolimpiya cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Qarabağ müharibəsi əlili və qazisi İlham Zəkiyev Vətən müharibəsi qazisi İsmayıl Hüseynovla görüşüb.

Görüş qazinin Cəlilabad şəhərindəki evində baş tutub.

İ. Zəkiyev qazinin sağlamlığı ilə maraqlanıb və ona şəfalar arzulayıb.

Qeyd edək ki, İ.Hüseynov Vətən müharibəsinin ilk günlərindən könüllü kimi döyüşlərə qatılıb və oktyabrın 20-də yaralanaraq hər iki gözünü itirib. 1999-cu ildə cəbhə bölgəsində İlham Zəkiyev də snayperlə başından vurulduqdan sonra görmə qabilliyətini itirib.

İstinadlar Report