İstilik xətlərinin və qazanxanaların təhlükəsizlik zonalarında tikilmiş qanunsuz obyektlər ciddi problemlər yaradır.

Bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında yeni hazırlanmış “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Önun sözlərinə görə, xüsusilə 1990-cı illərdən başlayaraq müxtəlif səbəblərdən istilik sistemlərinin mühafizə zonalarında yaşayış evləri və digər tikililər inşa olunub.

“Məsələn, istilik elektrik mərkəzindən çıxan, 13 atmosfer təzyiqlə və 90 dərəcə temperaturla çalışan 700 mm-lik əsas istilik xəttinin üzərində yüzlərlə fərdi evin – gecəqonduların – tikilməsi böyük təhlükə yaradır. Bundan başqa, istilik xətləri və qazanxanaların üstündə tikilən obyektlər – qarajlar, mehmanxanalar və digər qeyri-qanuni tikililər istilik təsərrüfatının inkişafına mane olur”, – İ. Mirzəyev.qeyd edib.

İstinadlar Report