“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Lerik rayonunda vətəndaşları qəbul edəcək.

Mayın 16-da saat 10:00-da İ. Mirzəliyev Lerik, Lənkəran və Astara sakinləri üçün vətəndaş qəbulu keçirəcək.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

İstinadlar Report