Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov dünən AÇ-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan – Xorvatiya (1:1) matçını izləyib.

Ağalarov oyundan sonra rəqib komandanın ulduz futbolçusu Luka Modriçlə görüşüb.

O, Madrid “Real”ının futbolçusu ilə foto çəkdirərək sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, bu M.Ağalarovun məşhur futbolçu ilə ilk görüşü deyil. O, bundan bir müddət öncə də “Instagram” hesabında Modriçlə fotosunu paylaşmışdı.