İlham Əliyevdən krala məktub

Prezident İlham Əliyev Kambocanın kralı  Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Əlahəzrət, Kamboca Krallığının milli bayramı- Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kamboca xalqına sülh və tərəqqi diləyirəm”.

İstinadlar Qafqazinfo

İlham Əliyevdən krala məktub

Prezident İlham Əliyev Mərakeşin kralı Əlahəzrət VI Məhəmmədə məktub ünvanlayıb.

Məktubda deyilir:

“Əlahəzrət, əziz qardaşım,

Mərakeş Krallığının milli bayramı – Taxt-Tac Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Mərakeş arasındakı münasibətlər ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

 

İstinadlar Qafqazinfo