Prezident İlham Əliyev Firəngiz Əlizadə ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Firəngiz Əliağa qızı Əlizadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Qeyd edək ki, sabah görkəmli bəstəkar, Bəstəkarlar İttifaqının sədri F.Əlizadənin 75 yaşı tamam olur.