Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə başsağlığı ünvanlayıb.

Başsağlığında bildirilir:

“Hörmətli cənab Prezident.

Xarkov şəhərindəki ahıllar evində baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyirəm”.

İstinadlar Qafqazinfo