Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan bələdiyyə seçkiləri ilə bağlı xahış edib.

Bu haqda məlumatı Türkiyə mediası yayıb. Xəbərə görə, Əliyev həmkarından sərhəd bölgələri olan Qars və İqdırda bələdiyyə seçkilərində AKP namizədlərinin MHP-dən olmasını istəyib.

Bu haqda mediaya xəbər sızdıran AKP-li siyasətçi deyib ki, məhz bundan sonra hakim partiya həmin bölgədən öz namizədini geri çəkib. Burada İlham Əliyevi narahat edən məsələlərdən birinin də bölgədə səslərin parçalanacağı halda PKK-nı dəstəkləyən HDP-nin namizədinin qalib gəlmək təhlükəsi olub.

Hazırda isə İqdırda mübarizə Cumhur İttifaqının MHP-li namizədi İsa Yaşar Tezel ilə HDP namizədi arasında gedir.

İYİ Partinin başqanı Meral Akşenirin də MHP-li namizədi dəstəklədiyi qeyd olunur.

Əlavə edək ki, Türkiyənin həmin əraziləri Naxçıvanın təhlükəsizliyi və inkişafı üçün strateji əhəmiyyətə malikdir və rəsmi Bakı o bölgələrdə Azərbaycana xoş münasibəti olan rəhbərliyin olmasında hər zaman maraqlı olub.

Oxumağa dəyər:   Hində saxlanıldığı deyilən şəxslə bağlı DİN-dən açıqlama
Əliyevin Ərdoğandan ilginc xahişi: “MHP-nin namizədini dəstəkləyin!”
İstinadlar Tərcümə Yeni Sabah