“Türkiyə dövlətinə bütün göstərdiyi dəstəyə görə bir daha təşəkkürümüzü bildiririk. Sərhədlərin bağlı olması qardaşlıq rəmzi və addımı idi. Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Kəlbəcər işğal olunanda bağlamışdı”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Əfsus ki, Ermənistanda antitürkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də davam edir. Türkofobiya orada rəsmi ideologiyaya çevrilib. Türkiyə və Azərbaycanı onlar hər zaman düşmən sayıblar. Sərhədlərin bağlanması o vaxt bizə göstərilən dayanışma aktı idi. İndi münaqişə başa çatdı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və əlbəttə bölgədə yeni vəziyyət yaranıb. Eyni zamanda Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir.