“Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik”.

Bunu Prezident İlham Əliyev noyabrın 23-də Belqradda Serbiyanın Baş naziri ilə keçirdiyi geniş tərkibdə görüşü zamanı bildirib.

Dövlət başçısı Serbiya Prezidenti ilə çox konstruktiv görüş keçirdiklərini deyib: “Biz qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə etdik. Hazırda biz həmin məsələləri davamlı şəkildə nəzərdən keçirəcəyik. Ölkələrimiz strateji tərəfdaşlardır və biz Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik. Əməkdaşlığımızın mahiyyəti onun formalarını özündə əks etdirir. Biz bu gün bir neçə mühüm sənəd imzalamışıq və onlar iş birliyimizin hüquqi əsaslarını genişləndirir. Lakin, əlbəttə ki, strateji tərəfdaşlığa aid sənəd xüsusi əhəmiyyət kəsb edir”.

İstinadlar Report