Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunu yüksək qiymətləndirib.

Bu barədə Prezident İlham Əliyevin noyabrın 11-də Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşündə bildirilib.

Şarl Mişel Bakıda bu gün start götürən COP29-da iştirak etmək üçün Azərbaycana gəlib.