“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla danışıqlar səmimi və məhsuldar keçdi”.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə tərəflərlə keçirilən görüşün yekunlarına dair açıqlamasında deyib.

Onun sözlərinə görə, görüş zamanı Cənubi Qafqazdakı vəziyyət, eləcə də Aİ-nin hər iki ölkə ilə əlaqələrinin inkişafı müzakirə edilib.

“Biz sıx təmasda qalmağa razılaşdıq və iyul-avqust aylarına qədər eyni formatda yenidən görüşəcəyik”, – deyə Mişel söyləyib.