Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə faciədən əvvəl iki saatdan çox birlikdə olduğunu, bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edildiyini bildirib.

Bunu dövlət başçısı mayın 21-də İranın Azərbaycandakı səfirliyində İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verdikdən sonra diplomatic missiyanın müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi ilə söhbətində deyib: