
Nüfuzlu ‘Politico’ nəşrinin Azərbaycan barədə dərc etdiyi məqaləni tərcüməsi ilə təqdim edirik:
Keçən həftə BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq etdi ki, dünya “iqtisadi və maliyyə sistemləri və ticarət münasibətlərində böyük bir qırılmaya getdikcə daha çox yaxınlaşır”.
Ola bilər ki, belədir, amma Azərbaycana gələndə yox.
Böyük Britaniyanın üçdə biri böyüklüyündə ərazisi və 10 milyona yaxın əhalisi olan Azərbaycan geosiyasi parçalanmaları aradan qaldırmaqda az problemlə üzləşib. Bu yaxınlarda isə Bakı coğrafiya və geologiyadan böyük məharətlə istifadə etmək üzrə master-klass göstərdi.
Vaşinqtondan Brüsselə, Moskvadan Pekinə kimi, görünür, heç kim Azərbaycanla fikir ayrılığına düşmək istəmir; hamı dost olmaq istəyir. Hələ indi, Ermənistan yardım üçün dünyaya üz tutduqca və Bakını mübahisəli Dağlıq Qarabağda ( Azərbaycanın quruya çıxışı olmayan və uzun müddət mübahisəli olan erməni əhalisi yaşayan anklavında) etnik təmizləmə cəhdində ittiham etdiyi bir şəraitdə…
Son həftələr Bakının “antiterror əməliyyatı” adlandırdığı böyük bir hücum planlaşdıra biləcəyinə dair xəbərdarlıq işarələri çoxalırdı və Ermənistan da fəlakətə qarşı siqnallar göndərirdi. Lakin bunlar nəinki diqqətdən kənarda qaldı, hətta Bakı da hücum əməliyyatına görə çox sakit tənqidlərlə üzləşdi.
Düzdür, Azərbaycan indi kütləvi etnik təmizləməyə başlasaydı, Qərbin reaksiyası dəyişə bilərdi, lakin Bakı bunu bilmək üçün kifayət qədər bacarıqlıdır.
Rusiya Ukraynanı işğal edəndən bəri Azərbaycan bütün tərəflərin rəğbətini qazanır və həmin müharibədən faydalananlardan birinə çevrilib.
Keçən il Bakıda səfərdə olan Avropa Komissiyasının sədri Ursula fon der Leyen ölkənin güclü lideri İlham Əliyevə yalnız xoş sözlər dedi və onu Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı kimi gördüyünü söylədi.
Cəmi bir neçə həftə sonra, Rusiya prezidenti Vladimir Putinin Belarusdakı canişini Aleksandr Lukaşenko Əliyevi “tamamilə bizim adamımız” kimi təsvir etməkdən çəkinmədi.
Eyni zamanda Fon der Leyen və Lukaşenkonun dostu ola biləcək ikinci başqa siyasi lider tanıyırsınızmı?
Əliyev həm də Türkiyənin dostudur; Bakı və Pekin bir-birini strateji tərəfdaş hesab edir, Azərbaycan Çinin “Bir kəmər və yol” təşəbbüsündə iştirak edir; və ölkə İsraillə də hərbi əməkdaşlığı genişləndirmək üzərində işləyir. 2020-ci ildə – bu həlli çətin münaqişənin son böyük alovlanması zamanı – İsrail Türkiyə ilə yanaşı Azərbaycana pilotsuz təyyarələr verdi.
Bu, ziddiyyətli eksklüziv dostların və iddiaçıların heyrətamiz siyahısıdır və deməli coğrafi yerləşmə, eləcə də enerji çox şeyi izah edir.
Keçən il Azərbaycanın paytaxtına gəldikdən sonra fon der Leyen Avropanın enerji ehtiyacları üçün “Rusiyadan şaxələnmə” ehtiyacını vurğulamaqdan çəkinmədi, Bakı ilə cənub qaz dəhlizindən – 3500 kilometrlik qaz dəhlizindən tədarükün artırılmasına dair sazişi elan etdi – Xəzər dənizindən qazı Avropaya daşıyan kəmər.
O, həmçinin Azərbaycanın dəniz sahilindəki küləklərində və yaşıl hidrogendə “bərpa olunan enerji sahəsində böyük potensiala malik olduğunu” qeyd edərək, dedi ki, “Azərbaycan tədricən ənənəvi yanacaq tədarükçüsündən Avropa İttifaqının çox etibarlı və nüfuzlu bərpa olunan enerji tərəfdaşına çevriləcək”. ”
Azərbaycanda insan haqlarının zəif olması, korrupsiyanın tüğyan etdiyi və ya çoxlu sayda siyasi məhbusun azadlığa buraxılması ilə bağlı hər hansı çağırışdan isə söz açılmadı.
Bu hissədən bəzi ekspert fikirlərini ixtisar etdik – Red
Lakin fon der Leyen Azərbaycandan belə tərəfdaş kimi danışan ilk Aİ rəsmisi deyil. 2019-cu ildə Avropa İttifaqı Şurasının o zamankı prezidenti Donald Tusk da Azərbaycanı etibarlılığına görə yüksək qiymətləndirib.
Rusiya Ukraynanı işğal etdikdən sonra Aİ-nin flört maneveləri daha da qətiyyətli oldu və təbii ki, blok bu məsələdə tək deyil. Bakıdakı ADA-nın əməkdaşı Fariz İsmayılzadənin sözlərinə görə, neft və qazla zəngin olan və Rusiya, İran, Ermənistan, Gürcüstan və Xəzər dənizi arasında yerləşən Azərbaycan “keçmiş böyük imperiyaların, sivilizasiyaların, regional və qlobal güc mərkəzlərinin kəsişməsində yerləşən” strateji bir nemətdir.
Azərbaycanın Mərkəzi Asiyada gedən son geosiyasi oyunlar fonunda artan əhəmiyyəti onun paytaxtında yerləşən xarici diplomatik nümayəndəliklərin sayının çoxalmasında da özünü göstərir – 2005-ci ildə cəmi iyirmi idisə, indi 85-ə çatıb.
Mərkəzi Asiya üzrə təsirlərini genişləndirmək istəyən Ankara və Pekin üçün Azərbaycan regional enerji layihələrində, eləcə də yeni regional dəmir yollarının, planlaşdırılan infrastruktur və əlaqə layihələrində əsas oyunçudur.
Güclü dil, dini və mədəni əlaqələr sayəsində Tmüstəqillik əldə etdikdən sonra Azərbaycanın əsas regional müttəfiqi Türkiyə olmuşdur. Lakin Bakı bütün tərəfdaşları ilə ayaqlaşa biləcəyinə əminlikdə çox mahir olub. O, başa düşür ki, onların hamısı imkanlar təklif edir, lakin münasibətlər qəfil məcrasını dəyişsə, təhlükəli ola bilər.
Bu, istər Aİ, istər Türkiyə, istər Çin, istərsə də Rusiya olsun, regionun bütün əsas oyunçularına aiddir. Bakının çox müxtəlif dövlətlər ilə yola çıxa bilməsinin səbəbi və bu son hərbi hücumun Bakı üçün çox ciddi əks-səda doğurmayacağının da səbəbi odur ki, heç kim geosiyasi rəqiblərə üstünlük vermək və Mərkəzi Asiya üçün açar ölkə Azərbaycanla əlaqələri korlayıb oradakı kövrək tarazlığı pozmaq istəmir. Bura onun ənənəvi düşməni İran da daxildir – Bakı və Tehran son aylarda illərlə davam edən düşmənçilikdən sonra bir yumşalma yaratmağa çalışırlar.
Tarix tərəfindən tez-tez haqsızlığa məruz qalan ermənilər üçün bu, çox təəssüf doğurur. Onlara daha yaxşı məsləhət görülə bilərdi ki, əvvəlcə Rusiyadan asılı, sona isə Qərbə yönəlmək (Bir ayağı orada, bir ayağı burada olmaq onları Moskvanın da gözündən saldı) əvəzinə Azərbaycandan nümunə götürsünlər və hər kəslə dost olmağa çalışsınlar.
Amma yenə də Ermənistan öz qonşusu kimi təsdiq olunmuş neft və ya təbii qaz ehtiyatlarına malik deyil (və deməli Azərbaycan kimi ola bilməz! -red)