Prezident İlham Əliyev Latviya Respublikasının yeni seçilmiş Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Latviya münasibətlərinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji tərəfdaşlığımız və səmərəli əməkdaşlığımız daha da genişlənəcəkdir.