Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Ananız – Aura Hersoqun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.