İlham Əliyev həmkarlarını təbrik etdi

Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Əlahəzrət,

Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Oman xalqına daim sülh və firavanlıq diləyirəm”.

**

Prezident İlham Əliyev Latviya Respublikasının Prezidenti Egils Levitsə də təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Latviyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin genişləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim sülh və firavanlıq arzulayıram”.

Oxumağa dəyər:   Azərbaycanın tanınmış şirkəti - "NB Qrup" 15 illiyini qeyd edir

İstinadlar Qafqazinfo

İlham Əliyev həmkarlarını təbrik etdi

Prezident İlham Əliyev Mavritaniya prezidenti Məhəmməd uld Əbdüləzizə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Mavritaniya xalqına əmin-amanlıq və rifah diləyirəm”.

Dövlət başçısı həmçinin, Albaniya prezidenti İlir Metaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: “Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Albaniya əlaqələrinin, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Oxumağa dəyər:   Azərbaycan Ordusunda "İlin ən yaxşı psixoloqu" müəyyənləşib

 

İstinadlar Qafqazinfo

İlham Əliyev həmkarlarını təbrik etdi

 Prezident İlham Əliyev Omanın sultanı Qabus bin Səidə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunda deyilir:

“Əlahəzrət, Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

Ölkə başçısı, həmçinin Latviya prezidenti Raymonds Veyonisə də təbrik məktubu göndərib:

“Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.