“Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı bizdə aydın təsəvvür var. Mən bunu müharibə dövründə də demişəm, dəfələrlə. Əfsuslar olsun ki, müharibə dövründə Ermənistan rəhbərliyindən buna oxşar bəyanatlar biz eşitməmişik. Əksinə, ədavət, nifrətlə dolu açıqlamalar verilib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.