Biz Macarıstanda özümüzü evimizdəki kimi hiss edirik, dostlar arasında hiss edirik.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə onun şərəfinə verilən rəsmi naharda bildirib.

“Əlbəttə, Viktora (Viktor Orban-red.) əsas qiymətini dost macar xalqı vermişdir və dəfələrlə ona etimad göstərərək həm öz müdrikliyini göstərdi, eyni zamanda, onun fədakar fəaliyyətinə düzgün qiymət verdi. Əziz dostuma gələcək uğurlar, gələcək qələbələr arzulayıram. Biz siyasi müstəvidə veteranlar sayıla bilərik. Yaşımıza görə yox.