Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Surinamın Prezidenti Çandrikapersad Santoxi ilə görüşüb.
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, dövlət başçısı İlham Əliyevlə noyabrın 10-da San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada arasında da görüş olub.
Prezident İlham Əliyev Zimbabve Prezidenti Emmerson Dambudzo Mnanqaqva ilə də görüşüb.