“Bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri cəmi bir neçə gün ərzində həyata keçirilir, Azərbaycana aid qətnamələr isə 28 il kağız üzərində qaldı”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında deyib.