BMT Baş Assambleyasının 74-cü sessiyasının Üçüncü komitəsinin iclasında informasiya texnologiyalarından cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiyanın hazırlanması ideyası bəyənilib. Müvafiq qətnamənin təşəbbüskarı qismində Rusiya çıxış edib.

“İnformasiya-kommunikasiya texnologiyalarından cinayətkar məqsədlər üçün istifadənin qarşısının alınması” adlı yeni qətnamə həmmüəllifləri tərəfindən beynəlxalq konvensiyanın hazırlanması üçün xüsusi hökumətlərarası komitənin yaradılması təklif olunur.

Qətnamədə qeyd olunur ki, informasiya-kommunikasiya texnologiyaları dövlətlərin inkişafı üçün böyük perspektivlər açmaqla yanaşı, cinayətkarlar üçün yeni imkanlar yaradır. Qətnamə layihəsinin lehinə 88, əleyhinə 58 dövlət səs verib, 34-ü isə bitərəf qalıb. Gələcəkdə komitə tərəfindən bəyənilən layihə BMT Baş Assambleyasının plenar iclasında təsdiq ediləcək.

Nizam Nuriyev

İstinadlar ict news