“İslam ölkələrinin birliyə ehtiyacı var”.

Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hiseyn Brahim Taha BƏƏ-nin paytaxtı Əbu-Dabidə Dünya Müsəlman İcmaları Şurasının təşkilatçılığı ilə keçirilən iki günlük konfransda deyib.

Taha qeyd edib ki, İslam dünyası bir çox problemlərlə, o cümlədən dünyada bu dinin pis imicinin aradan qaldırılması ilə üzləşib.

“Bu vəziyyət İslam birliyi anlayışını və dininin həqiqi simasını islah etmək üçün müsəlmanların, İslam ölkələrinin, cəmiyyətlərin və qurumların birliyini tələb edir”, – İKT rəhbəri deyib.

İstinadlar Report