“Rusiya Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatının həyata keçirilməsi ilə bağlı tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbərinin müavini Aleksey Zaytsev deyib.

“Əminik ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli komissiyanın yaradılması və delimitasiya prosesinin başlanması sərhədyanı insidentlərin baş verməsinin qarşısını almağa imkan verəcək və ümumilikdə İrəvan və Bakı arasında münasibətlərin normallaşmasına töhfə verəcək”, – deyə Zaytsev bildirib.