Səudiyyə Ərəbistanının neft nəhəngi olan “Saudi Aramco” şirkəti ilin ikinci rübündə gəlirlərinin 90 % artdığını açıqlayıb.

Şirkət neft qiymətlərinin, satış həcmlərinin və emal rentabelliyinin artması fonunda analitiklərin gözləntilərini üstələyib.

Belə ki, iyunun 30-u tamamlanan ilin ikinci rübündə “Aramco”nun xalis gəliri 181,64 milyard rial (48,39 milyard ABŞ dolları) artıb.

Analitiklər artımın 46,2 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırırdılar.

İstinadlar Report