Bakıda daha bir nəfər dəm qazından zəhərlənərək ölüb.

1977-ci il təvəllüdlü Sevinc Orucova dünən evində dəm qazından boğularaq vəfat edib.

Bu barədə S. Orucovanın dostları sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd edək ki, S. Orucova ailəlidir, bir qız və bir oğlan övladı var.

***

11:00

Son məlumatü görə hadisənin dəm qazındam deyil, intihar olduğu dəqiqləşib

Paytaxtın Səbail rayonunda intihar hadisəsi qeydə alınıb.

İyunun 5-də axşam saatlarında Səid Rüstəmov küçəsində yaşayan 1977-ci il təvəllüdlü Orucova Sevinc Kamal qızı özünü yaşadığı evin vanna otağında asaraq öldürüb. Yaxınlarının sözlərinə görə, S.Orucova son vaxtlar depressiyadan əziyyət çəkib.

Qeyd edək ki, Sevinc Orucova ailəli olub, 2 övladı var.

Faktla bağlı araşdırma aparılır.

 

İstinadlar Qafqazinfo, Apa