“Şagird davranış qaydalarının tətbiqi müsbət haldır, çünki istinad mənbəyimiz var. Əvvəllər bu, yox idi”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, bunun bəzi mənfi tərəfləri də var:

“Misal üçün, qaydalar olsa da, iki şagird dava etməyəcək deyə bilmərik. Sadəcə, belə hal olanda direktor nə edəcəyini biləcək. Bir çox hallarda davranış mədəniyyəti məsələsi də gündəmə gəlir. Onu da qeyd edim ki, bəzi məktəblərdə qaydaların icra olunması ilə bağlı problemlər müşahidə edirik. Bu zaman məsələni inzibati qaydada həll etməli oluruq”.

E.Əmrullayev əlavə edib ki, hazırda layihə pilot olaraq 300 məktəbdə həyata keçirilir, bu sayın növbəti il üçün 500-ə çatdırılması planlaşdırılır.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo