
Azərbaycan maliyyə nazirinin səlahiyyətlərini icra edən şəxs məlum olub.
Hazırda nazirin vəzifələrini nazir müavini Azər Bayramov yerinə yetirir. O, 2004-cü ildən nazir müavini postunda çalışır.
A.Bayramovla xarici işlər naziri Ceyhun Bayramov qardaşdırlar.
Yanvarın 10-da maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olunub.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Əsasnaməsinə görə, maliyyə nazirinin bir birinci müavini və üç müavini var. Hazırda isə maliyyə nazirinin birinci müavin və digər iki müavin vəzifəsi boşdur və yeganə müavin kimi Azər Bayramov maliyyə nazirliyinə rəhbərliyi həyata keçirir.