“Apple” və “Microsoft” şirkətləri bir sıra uyğunluq problemlərini həll edəcək “iCloud Drive” interfeysinin yaradılması üçün səylərini birləşdirib. Birləşmə mütəxəssislər tərəfindən “Microsoft” şirkətinin “Windows 10” əməliyyat sistemi ilə uyğunluq təşkil edən “Apple” məhsullarının olmamasına görə müsbət qarşılanıb.

Yeni əlavə fərdi kompüter və ya smartfondan fotoşəkil, video, poçt və “iCloud” hesabı daxilində saxlanılan digər fayllara çıxışa imkan verəcək.

Bildirilir ki, əvvəllər istifadəçilər zəif sinxronlaşdırma sürəti və digər problemlərlə üzləşiblər.

“Windows 10” əməliyyat sistemi üçün “iCloud Drive” interfeysi artıq “Microsoft Store” əlavələr mağazasında yerləşdirilib.

Qeyd edək ki, “Apple” şirkəti “Apple Pay” sistemini bir sıra servislərinə yeni ödəniş üsulu kimi əlavə etməyə hazırlaşır. Sistem “iTunes”, “App Store”, “Apple Music” və “iCloud” servisləri tərəfindən dəstəklənəcək. Yenilikdən tədricən ABŞ, Kanada, Avstraliya, Sinqapur, Honkonq, Tayvan, Rusiya, BƏƏ və Ukrayna istifadəçiləri yararlana biləcəklər. “Apple Pay Cash” servisindən, həmçinin ABŞ sakinləri istifadə edə biləcəklər.

Oxumağa dəyər:   Biricit Makron Putinlə şəkil çəkdirmək üçün sarğısını açdı - Foto

Nizam Nuriyev

İstinadlar ict news