2022-2024-cü illərdə Ermənistanın silah idxalının 43 %-ni Hindistan təmin edib.

2022-2024-cü illərdə Ermənistanın idxal etdiyi silahların ümumi həcminin 43 %-i Hindistanın payına düşüb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, son illərdə Hindistan Ermənistan silahlı qüvvələri üçün əsas silah tədarükçüsünə çevrilib. Belə ki, 2022-2023-cü illərdə tərəflər yüz milyonlarla dollar dəyərində müqavilələr imzalayıblar. Sazişlər çərçivəsində Nyu-Dehli artıq Ermənistana reaktiv yaylım atəş sistemləri, özüyeriyən haubitsalar, hava hücumundan müdafiə sistemləri və müxtəlif döyüş sursatları təhvil verib və ya təhvil verməyə hazırlaşır.

İstinadlar Report