Mütəxəssislər çərşənbə axşamı və cümə günü Braziliyada 1663 yeni yanğının baş verdiyini, bu yanğınların yarısının Amazonda qeydə alındığını bildiriblər.

Bu barədə “Comercio” nəşri Milli Kosmik Tədqiqat İnstitutunun məlumatlarına istinadən yayıb.

Bu il ərzində Braziliyada 78,4 min meşə yanğınları baş verib ki, bu da 2013-cü ildən sonra ən pis göstəricidir.

Beynəlxalq birliyin tənqidindən sonra ölkə rəhbərliyi yanğınların qarşısını almaq üçün ordunu da cəlb edib.

Avropa İttifaqı ŞurasınınPrezidenti Donald Tusk isə bəyan edib ki, Avropa Birliyi Amazon meşələrindəki yanğınların qarşısını almaq üçün Braziliyaya maddi yardım göstərməyə hazırdır.

İstinadlar Report