Birləşmiş Krallığın ən yaşlı monarxı olan 95 yaşlı kraliça II Yelizaveta taxtdan mümkün imtinasının səbəblərini açıqlayıb.

Bu barədə “Daily Star” nəşri kral bioqrafı Metyu Dennisona istinadən məlumat yayıb.

“O, xalası qızı Marqaret Roudsa demişdi ki, alzheymerə yoluxmasa və ya insult keçirməsə, taxtdan əl çəkmək barədə düşünməz”, – Dennison yazır.

“Kraliça sağlamdır və əgər bəxtimiz gətirsə, o hələ uzun müddət kraliça olaraq qalacaq”, – digər kral tarixçisi Hyuqo Vikers deyib.

İstinadlar Report