Azərbaycan təbii qazını Yunanıstana, oradan isə Bolqarıstana nəql edəcək Yunansıtan-Bolqarıstan İnterkonnektorunun (İGB) Yunanıstan ərazisində əməliyyat aparılması üçün icazə verilib.

Bildirilır ki, bu, kəmərin oktyabrın 1-də kommersiya fəaliyyətinə başlamasına imkan verir. Bu, Yunanıstan ərazisində interkonnektorun qanuni şəkildə işə salınması üçün zəruri olan son inzibati addımdır.

Xatırladaq ki, qaz kəmərinin istismarına icazənin verilməsi üçün ilkin şərtlərin yerinə yetirilməsi üçün hazırlıq işlərinə bu ilin yanvar ayından başlanılıb.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.

İstinadlar Report