IGB qaz kəmərinin Komotinidəki Yunanıstanın milli qaz nəqliyyat sistemi (DESFA SA) ilə “Komotini – DESFA-ICGB” birləşmə nöqtəsi (IP) 2024-cü il oktyabrın 1-də kommersiya istismarına veriləcək.

“ICGB oktyabrın 1-dən IP “Komotini-DESFA -ICGB” qaz kəmərini istismara verməyi planlaşdırdığını elan edir, bu şərtlə ki, müvafiq təsdiq və hasilat sistemləri operatorlarından qaz axınları olsun”, – məlumatda bildirilib.

Xatırladaq ki, qaz kəmərinin 2024-cü il iyulun 1-də istifadəyə verilməsi nəzərdə tutulurdu.

IGB qaz kəməri Yunanıstanın milli qaz nəqli sisteminə (DESFA SA) və Komotini regionunda (Yunanıstan) Trans-Adriatik Boru Kəmərinə (TAP AG), eləcə də Stara Zaqora rayonunda Bolqarıstanın qaz nəqli sisteminə (“Bulgartransgaz EAD”) qoşulur.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, boru kəmərin diametri 32 düym, layihə gücü Yunanıstan-Bolqarıstan istiqamətində ildə 3 milyard kubmetrə qədərdir.

İstinadlar Report