İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik edib.

Mətndə deyilir:

“Zati-aliləri.

Azərbaycanın əlamətdar zəfəri və işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin azad edilməsi münasibətilə Zati-alinizə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adından və şəxsən öz adımdan səmimi təbriklərimizi çatdırmaqdan şərəf duyuram.

Baş Katiblik İƏT və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamə və qərarlara uyğun olaraq bütün rəsmi bəyanatlarında və fəaliyyətlərində Azərbaycan Respublikasını və onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətiyyətli mövqeyini davamlı olaraq dəstəkləyib.

Bu xoş fürsətdən istifadə edərək İslam Əməkdaşlıq Təşkilatı, onun əlaqədar qurumları və Azərbaycan Respublikası arasındakı sıx əməkdaşlığın Qarabağın əhalisinə və onların uzun müddətdir gözlədikləri ana yurda qayıdışlarına töhfə verəcəyinə əminliyimi bildirmək istəyirəm. Azərbaycan xalqına sülh, tərəqqi və rifah arzulayıram.

İstinadlar Report