İslam Əməkdaşlıq Təşkilatı avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib.

Bu barədə təşkilatdan bildirilib.

“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə radikal dini qruplar tərəfindən zorakı və qəbuledilməz hücumu pisləyir”, – İƏT-in bəyanatında qeyd olunur.

“Qrup üzvləri səfirliyin binasına daxil olaraq vandalizm aktı törədiblər, binanın eyvanında dini bayraqlar qaldırıblar və radikal dini şüarlar səsləndiriblər. Bu, diplomatik binaların toxunulmazlığı prinsipini birbaşa pozdu”, – təşkilat vurğulayıb.

İstinadlar Report