“Qapalı yerlərdə idman hərəkətləri zamanı tənəffüs sürətləndiyi və aerozolların daha uzaq məsafəyə çatdığı üçün orada 2 metrlik məsafə virusdan qorumayacaq”.

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, buna görə də ekspertlər bu zalların açılmasını məqbul hesab etmir:

“Bağçalarda da uşaqlar virusu yüngül keçirsə də, onlar daşıyıcı olaraq nənə-babaları yoluxdura bilərlər. Bağçalarla bağlı metodik davranış qaydaları hazırlanır, bağçalar açıldıqdan sonra da bu qaydalar əsasında fəaliyyət göstərəcəklər”.