Suriyanın İdlib vilayətində Bəşşar Əsədə sadiq ordu ilə rejimə müxalif silahlılar arasında ağır döyüşlər gedir.

Bu barədə məlumatı Rusiya Sülh Mərkəzi yayıb.

Belə ki, Türkiyə dəstəkli müxalif silahlıların hücumu nəticəsində Bəşşər Əsədə sadiq ordunun 40 hərbçi ölüb, 80 nəfər isə yaralanıb. Mərkəz 50-yə yaxın müxalif silahlının öldürüldüyünü də əlavə edib. Eyni zamanda müxaliflərin iki yaşayış məntəqəsini ələ keçirdiyi, rejim qüvvələrinin geri çəkildiyi bildirilib

Xatırladaq ki, ayın əvvəlində Suriyanın dövlət KİV-i Dəməşqin hərbi əməliyyatları bərpa etdiyini açıqlamışdı.

 

İstinadlar Report