Türkiyə ordusunun bir əsgəri İdlibdə həlak olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə iyunun 5-də baş verib. Terroçular Türkiyə ordusuna məxsus zirehli ambulansa hücum edib. Hadisə zamanı bir əsgər ölüb, daha 2 əsgər yaralanıb. Türkiyə hərbçiləri terrorçulara qarşı cavab tədbirləri görüb.

İstinadlar Report