Ötən gün axşam saatlarında İstanbul Atatürk Hava Limanının beynəlxalq uçuş terminalında terror aktı baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 36 nəfər ölüb, 147 nəfər isə yaralanıb.Yaralı sayı 106-dır
Türkiyənin baş naziri Binəli Yıldırım terror aktı ilə bağlı açıqlamasında bildirib ki, əlamətlərinə görə, bu terror İŞID tərəfindən törədilib.

Baş verən terrorla bağlı yeni məlumatlar əldə edilib. İddialara görə, İŞID qruplaşması terroru özünü xilafət etməsinin 2-ci ildönümündə törədib.

Türkiyəli ekspertlərin fikrinə görə, PKK dinc sakinlərə qarşı, xüsusilə də təsadüfən yoldan keçənlərə qarşı terror aktları törətmir. Onların əksəriyyəti heç Türkiyə vətəndaşı da deyil. Onlar ancaq türkiyəli hərbçi və xüsusi təyinatlılarla dağlarda mübarizə aparırlar, hava limanlarında və digər dinc obyektlərdə partlayışlar törətmirlər. Ehtimal edilir ki, terror aktını İŞİD törədib. Türkiyə son zamanlar İŞID-i çətin vəziyyətə salacaq həmlələr edir. Türkiyənin İsrail və Rusiya ilə yaxınlaşması İŞİD-i ciddi narahat edir. Çünki İŞİD üçün həm Rusiya, həm də İsrail düşməndir. İŞİD şübhələnir ki, Rusiya və Türkiyə barışsalar, bu təşkilata qarşı ortaq əməliyyatlar başlaya bilər. Məqsəd Türkiyəni qorxutmaqdır.