
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə şəhidin qardaşını işlə təmin edib.
Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi vəzifəsi 44 günlük Vətən müharibəsinin şəhidi Nadirli Ərtoğrulun qardaşı Nadirli Cavidə həvalə olunub.
Azərbaycan Ordusunun leytenantı olan Ərtoğrul Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub və Sədərək rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.
Sədərək Rayon İcra Hakimiyyətinin kollektivi Nadirli Cavidi təbrik edərək ona yeni işində uğurlar arzulayıb.