“Açıq-aşkar görünür ki, bəzi dairələri insan hüquqları deyil, siyasi dividendlər maraqlandırır”.

Bunu “Report”un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması istər lokal xarakterli antiterror tədbirlərinə qədər, istərsə də həmin dövr və sonra prosesləri diqqətlə izləməkdə davam edir: “İcmamız ilin əvvəlindən – Qayıdış Konsepsiyasının qəbul edilməsindən etibarən müxtəlif ölkələrə və beynəlxalq təşkilatlara soydaşlarımızın pozulan hüquqları və geri qayıdış məsələləri ilə bağlı müraciətlər edir. Bəzilərinə cavablar da alırıq. Lakin son zamanlar yaşananlar göstərir ki, bir sıra aktorların yanaşmasında siyasi maraqlar, ayrı – seçkilik üstünlük təşkil edir”.

“Açıq-aşkar görünür ki, onları insan hüquqları deyil, siyasi dividendlər maraqlandırır. Əgər belə olmasaydı, həm 30 illik işğala, həm də Ermənistandan zorla qovulmuş 300 min azərbaycanlının pozulmuş hüquqlarına göz yuman bəzi ölkələr və təşkilatlar indi hansısa şişirdilmiş, təbliğat alətinə çevrilmiş əsassız iddialarla bağlı bir-birinin ardınca ədalətsiz bəyanatlar verməzdilər. Bu dairələrin dini təəssübkeşlik prizmasından verdikləri bəyanatların hər birində Azərbaycana qarşı qərəz, təhdid və daxili işlərimizə qarışmaq kimi məqamlar yer alır”,- icma sözçüsü əlavə edib.

İstinadlar Report