Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell növbəti dəfə anti-Azərbaycan mövqe nümayiş etdirmişdir.

Jozep Borrell Avropa Parlamentinin deputatlarının sorğusunu cavablandırarkən Azərbaycanda ağır cinayət törətməkdə şübhəli bilinərək haqlarında həbs qətimkan tədbiri görülmüş bir qrup əli Azərbaycan xalqının qanına batmış separatçının azad edilməsini tələb edərək, məhkəmənin işinə müdaxilə etməyə cəhd etmişdir. Bundan əlavə, Aİ nümayəndəsi Azərbaycanın reinteqrasya təklifini rədd edərək Qarabağdan köçüb getmiş ermənilərin qayıdışından danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ barədə bir kəlmə də olsun danışmamışdır.

Bütün bunlar Jozep Borrellin qərəzini və ikili standartını nümayiş etdirir. Belə yanaşma Azərbaycan ictimaiyyətində Avropa İttifaqının imicinə ciddi xələl vurur.

İstinadlar Report