Qərbi Azərbaycan İcması son günlər Avropa İttifaqının, xüsusilə onun ali nümayəndəsi Cozef Borelin (İspaniya) və Almaniyanın anti-Azərbaycan açıqlamaları ilə bağlı bildirir ki, bu gedişlə Avropa İttifaqı özünü Fransanın vəziyyətinə salaraq, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən tam kənarda qalacaq.

Bu barədə İcmanın yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, xüsusən Cozef Borelin istifadə etdiyi ifadələr və tonu tamamilə qəbuledilməzdir. Son vaxtlar İspaniyanın Azərbaycana qarşı artan bəyanatları xüsusunda İspaniyanın C.Borelə, yoxsa C.Borelin İspaniyaya təlimat verməsi məsələsi sual doğurur.

İstinadlar Report