Sumqayıtda təcili tibbi yardım maşını qəzaya düşüb.

Hadisə axşam saatlarında Saray postu adlanan ərazidə baş verib.

Ambulansla “Mercedes” markalı maşının toqquşması nəticəsində avtomobillərə ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı təcili tibbi yardım maşınında xəstə olub.