Rusiya-Ukrayna müharibəsi beynəlxalq hüquqa uyğun formada başa çatmalıdır.
Bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Bakı Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə həm Ukraynada, həm də Qəzzada davam edən müharibəni sonlandırmaq üçün diplomatik təmasları davam etdirir.