
Diplomatiya və etimadın yaradılması uzunmüddətli sülh və təhlükəsizliyə nail olmaq üçün yeganə etibarlı yoldur.
Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
İan Borq ATƏT-in Cənubi Qafqazda və onun hüdudlarından kənarda gələcək roluna dair substantiv müzakirəyə görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təşəkkürünü də bildirib.