2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə və məktəbəhazırlıq qruplarına üzrlü səbəbdən gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşdirilib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, I sinfə qeydiyyatı gecikən uşaqlar üçün 18 sentyabr saat 11:00-dan 15 oktyabr saat 18:00-a qədər, məktəbəhazırlıq qruplarına qeydiyyatı gecikən uşaqlar üçün isə 18 sentyabr saat 11:00-dan 27 sentyabr saat 18:00-a qədər boş qalan yerlərə məktəb və müəllim seçimi başlayacaq.
Qeyd edilən tarixə qədər övladları üçün mektebebqebul.edu-az saytında sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq övladının ümumi təhsil müəssisəsinə qəbul prosesini yekunlaşdıra bilərlər.
Qeyd edək ki, bu günə qədər I sinfə 132 931 nəfər, məktəbəhazırlıq qruplarına isə 90 672 nəfər uşaq qəbul olunub.