I sinfə qəbulla bağlı 41 mindən çox elektron müraciət daxil olub.

Bu Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Qeyd olunub ki, mayın 19-na (saat 12:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 41 247 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.